“Bank hesabı açıb müğənnilərə pul yığılsın” - Video

bank-hesabi-acib-mugennilere-pul-yigilsin
Oxunma sayı: 4906

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə növbəti dəfə qınaq obyektinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan müğənni sənət adamları üçün bank hesabının açılmasını təklif edib. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır:

“Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər”.

C. Məmmədovun bu fikirləri sosial şəbəkədə tənqid edilib.