Gəncə şəhər sakini S.Hüseynalıyevanın bank hesabından 791 manat pulu çıxarılaraq oğurlanıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər