Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək

bank-hesablari-bloklanmis-sahibkarlara-da-yardim-edilecek
Oxunma sayı: 2278

Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib. 

O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub: “Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.