Mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
İş üzrə 8 zərərçəkən şəxs tanınıb. Dəymiş ümumi ziyan 3 milyon manata yaxındır.
Son xəbərlər
Son Xəbərlər