Bu gün Bakı Apellyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən hazırlıq iclası təxirə salınıb. Zərərçəkmişlərdən Ruslan Əfəndiyev, Ceyhun Nağıyev və təqsirləndirilən Sənan Quliyevin vəkili Vasif Israfilov prosesdə iştirak etməyib. Buna görə də hazırlıq iclası təxirə salınıb. Zərərçəkmiş tərəfə yeni vəkil, Elvin Ələmov qoşulub.
Qeyd edək ki, hadisə ötən ilin aprelin 21-də "Avropa" otelində baş verib. Sənan Quliyev ömürlük, Mövlud Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.

Soldan birinci Ruslan Əfəndiyev, ortada Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər