“Bank of Azerbaijan” müştərilərinin diqqətinə

bank-of-azerbaijan-musterilerinin-diqqetine
Oxunma sayı: 1697

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınmasına başlanılır.

“Qafqazinfo” xəbər verir ki, fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81)-1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib və iflas proseduruna başlanıb, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Debitor və kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.