“Bank of Baku” “SMS bankçılıq” xidmətini yenilədi

bank-of-baku-sms-bankciliq-xidmetini-yeniledi
Oxunma sayı: 1131


SMS bankçılıq xidməti müştəriyə aşağıdakı üstünlükləri verir:

* SMS məlumatlandırma (hesabdan məxaric olunan məbləğlər barədə məlumat)

* Kartın cari balansı barədə məlumatın alınması sorğusu

* Kart hesabının bloklaşdırılması

* Kart hesabının blokdan çıxarılması

* Kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması

SMS bankçılıq xidmətinin üstünlüklərindən “Bank of Baku”-nun Bolkart və “Əmanət klubu” kartlarının sahibləri pulsuz olaraq yararlana bilər.

Digər kart sahibləri isə banka baş çəkib birdəfəyə 5 AZN komissiya ödəməklə (kartın müddətindən asılı olmayaraq ) SMS məlumatlandırma və SMS bankçılıq xidmətlərinə qoşula bilərlər.

Müxtəlif əməliyyatların icrası üçün müvafiq SMS mətni tərtib olunur və 8145 nömrəsinə göndərilir. SMS mətnləri və qoşulma üsulları barədə ətraflı məlumat burada: http://www.bankofbaku.com/az/online-services/sms-m-lumatland-rma/ 

SMS Bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir.

Ətraflı məlumat:

145 Məlumat Mərkəzi

http://www.bankofbaku.com/

https://www.facebook.com/bankofbaku