“Bank of Baku”dan komissiyasız kredit kampaniyası

bank-of-bakudan-komissiyasiz-kredit-kampaniyasi
Oxunma sayı: 2221


Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, kampaniyanın əsas üstünlüyü hər bir müştəriyə kampaniya müddətində sahib olduğu kartın növünə əsasən müəyyən komissiyasız kredit məbləği əldə etmək imkanı verir. Hər bir müştəri Banka müraciət edərək ona düşən komissiyasız kredit məbləği barədə məlumat əldə edə bilər.  

Banka iş yerindən arayış, o cümlədən elektron hökümət portalından çıxarış, maaş kartı hesabından rəsmi çıxarış və ya gəlirlərini təsdiq edən digər sənədlər  və şəxsiyyət vəsiqəsilə müraciət edən  “Dostlar Klubu”-nun üzvləri bu kampaniyadan faydalana bilər.

Qeyd edək ki, kampaniya 20-27 fevral tarixlərində еtibarlıdır.

"Dostlar klubu" – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən klubdur.Kluba üzv olanlar xüsusi bonuslar əldə edərək sərfəli faizlə nağd kredit əldə edir,təcili hallar üçün ekspress kredit xəttindən faydalanır, pulsuz mobil telefon danışığı hüququndan istifadə edir və s.

“Bank of Baku” ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müştəriyə – Gümüş, 36-59 ay arası – Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilliant kart təqdim edilir.

Üç il öncə təsis edilən “Dostlar Klubu”-nda hazırda  200,000 -dən çox “Bank of Baku”-nun müştərisi təmsil olunur. “Dostlar Klubu” Azərbaycanda sadiq müştərilər üçün ilk və yeganə imtiyazlar klubudur.

Daha ətraflı məlumat üçün: 145-ə zəng edin və ya www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə daxil olun