Bank rayonda qarşıdurma yaratdı

bank-rayonda-qarsidurma-yaratdi
Oxunma sayı: 1242


“Qafqazinfo” xəbər verir ki, kənd sakinlərinin Avropa.info-ya verdikləri məlumata görə, qalmaqala səbəb "Muğanbank"ın  heç bir səbəb göstərmədən, əhalisinin sayına görə, Ağcabədidə ikinci olan bu  Avşar  əhalisinə kredit verməkdən imtina etməsidir. 

"Bank  müdiri deyir ki, biz bu kəndin əhalisinə kredit vermirik. Səbəbini də izah etmirlər. Bu bankın əsas fəaliyyət növü rayonlarda təsərüffatın inkişafı  üçün, kredit verməkdir. Ağcabədinin bütün kəndlərinə kredit vermələrinə baxmayaraq, rayonun  əhalisinə sayına görə, ikinci böyük kəndinə kredit vermirlər. Bu özbaşnalıq və ayrıseçkilikdir. Onların bu addımı çox təhlükəli məqamlara gətirib çıxara bilər. Biz   "Muğanbank"ın bu addımını  dövlətə və ölkə rəhbərliyinə qarşı təxribat hesab edirik."

Qeyd edək ki, Avşar kəndi  Azərbaycanın ən məşhur  kəndlərindən sayılır.