Bank rəhbərinin ölümü ilə bağlı şahidlərin ifadəsində - ziddiyət

bank-rehberinin-olumu-ile-bagli-sahidlerin-ifadesinde-
Oxunma sayı: 2894

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" otelində Zaminbankın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Ötən prosesdə ifadə verən zərərçəkən Ceyhun Nağıyevin ifadəsi davam etdirilib.

Şahidlər Emil Həsənov, otelin aerobika zalının qeydiyyat şöbəsinin işçisi Məlahət Ömərova və oteldə barmen işləyən Lalə Yaqubova ifadə verərək hadisə zamanı gördüklərini danışıblar. Onların məhkəməyə ifadəsi zamanı dedikləri bəzi fikirlər ibtidai istintaqa verdikləri ifadələrlə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadələr elan olunub. Hər üç şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Məhkəmə iclasından geniş yazı bir azdan saytda yayımlanacaq.

Murad Əhməd