Bank Respublika” 2019-cu ilin I yarımilliyinə dair maliyyə hesabatlarını açıqlayıb. 6 aylıq nəticələrə əsasən, Bank inkişaf tempini möhkəmləndirib və bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib.
Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə “Bank Respublika”nın xalis mənfəəti 20 dəfədən çox artararq 12,83 milyon manat, xalis faiz mənfəəti 2 dəfə artaraq 17,67 milyon manat, xalis əməliyyat mənfəəti isə 7 dəfədən çox artaraq 20,81 milyon manat təşkil edib.
Bundan başqa, Bankın məcmu kapitalı 66%, depozit portfeli 48,6%, kredit portfeli 43,9% artıb.Bankın aktivlərində isə, ötən ilin analoji dövrü ilə müqayisədə 41,5% artım qeydə alınıb.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər