Bank Respublika “İT Təcrübə Proqramı”na start verdi - Fotolar

Bank Respublika  “İT Təcrübə Proqramı”na start verdi
Oxunma sayı: 1057

Bank Respublika, İT sahəsində baza biliklərə malik gənclər üçün 3 aylıq “İT Təcrübə Proqramı”na start verib.

“Qafqazinfo” xəbər verir ki, proqramda iştirak etmək üçün aşağıdakı tələblər var:

· Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);

· Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);

· Analitik düşüncə qabiliyyəti;

· Məsuliyyətlilik, operativlik, dəqiqlik;

· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

· Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;

· Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;

· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Proqramda iştirak etmək istəyənlər 25.08.2021 tarixinə kimi öz CV-ni [email protected] ünvanına, mövzu hissəsində “İT Təcrübə” yazmaqla göndərə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.