Bank Respublika “Nargis” fondunun dəstək kampaniyasına qoşuldu!

bank-respublika-nargis-fondunun-destek-kampaniyasina-qosuldu
Oxunma sayı: 1333

Xüsusi karantin rejimi elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən yaşlılara ərzaq bağlamları göndərilir. Fond nümayəndələri bildirib ki, dəstək aksiyası davam etdiyi müddətdə COVİD-19 yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən müraciətlər daxil olub. Bu səbəbdən “Nargis” fondu 14 aprel tarixindən etibarən xeyriyyə kampaniyasını davam etdirdi və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu xeyriyyə təşəbbüsünə dəstək verən ilk qurumlardan biri də ölkənin aparıcı banklarından biri olan - Bank Respublika olub. Bank tərəfindən kampaniyaya ayrılmış vəsait aztəminatlı ailələrin bir ay ərzində ərzaq tələbatını təmin edilib.

Qeyd edək ki, Bank Respublikanın dəstəyi ilə yardım almış ailələrin əksəriyyəti Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı şəxslərdir.

“Nargis” fondu xeyriyyə kampaniyasına göstərdikləri dəstəyə görə Bank Respublika kollektivinə dərin minnətdarlığını bildirib!