Bank Respublika-nın mənfəəti 24,5 milyon manata çatdı

bank-respublika-nin-menfeeti-245-milyon-manata-catdi
Oxunma sayı: 695

Bank Respublika, 2021-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, hesabata əsasən, ilin birinci yarısının nəticələrinə əsasən, Bankın xalis faiz mənfəəti artaraq 24,5 milyon manata çatıb, xalis mənfəəti isə, ötən ilin eyni dövrü ilə müqayisədə 68%-dən çox artaraq 7,5 milyon manata olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 17% artaraq 1,2 milyard manat təşkil edib ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan verib. 

Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 11% artaraq 93,5 milyon manat olub və minimum məcmu kapital normasını 87% üstələyib. Qeyd etmək lazımdır ki, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,56%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,37% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,6 dəfə çoxdur.

“Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik. Lakin, bizim biznes modelimizin dayanıqlığı, hökumətin böhrandan çıxmaq üçün atdığı səmərəli addımlar və komandamızın nizamlı işi bizə pandemiya dövrünü nəinki inamla keçməyimizə və müştərilərimizə dəstək verməyimizə, həm də bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirməyimizə imkan verdi. Əminik ki, 2021-ci ilin ikinci yarısında da Bank Respublika qəbul olunmuş strategiyaya uyğun olaraq dinamik inkişafına davam edəcəkdir.” deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.