Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” korporativ sosial məsuliyyətini dərk edərək, “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, Bank ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 000 manat vəsait köçürüb.
“Bank Respublik”a 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və artıq 28 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Son xəbərlər
Son Xəbərlər