Bank Respublikadan sahibkarlar üçün “Hesabı xeyrinizə dəyişin!” kampaniyası

bank-respublikadan-sahibkarlar-ucun-hesabi-xeyrinize-deyisin-kampaniyasi
Oxunma sayı: 800

Biznesdə doğru atılan ilk addım uğurun açarıdır! Etibarlı tərəfdaşla atılan ilk addım isə uğurun təminatçısıdır! Yeni ildə biznesinizin uğur hekayəsini yazmağa hazırsınız?

O zaman Sizi uğura aparacaq bank hesabınızı Bank Respublikada açın, hesabı xeyrinizə dəyişin!

Belə ki, Bank Respublikanın start verdiyi yeni kampaniya çərçivəsində 01 Aprel  2022-ci il tarixənədək Bankda yeni hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:

- Hesabın açılması – 0% komissiya;

-  Əmək haqqı kartları (5 illik) – 0% komissiya;

-  Biznes kart (5 illik) – 0% komissiya;

-  İnternet Bankçılıq – 0% komissiya;

-  Nağdlaşdırma komissiyası (limit çərçivəsində)- 0% komissiya.

Bundan başqa, hesabı onlayn açan Hüquqi şəxs müştərilərin qanuni təmsilçisinə Visa Platinum və ya NeoKart Standart kartı HƏDİYYƏ olaraq təqdim olunacaq!

Bank hesabınızı Bank Respublikada açın,  #Hesabıxeyrinizədəyişin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.