Bank Respublikadan yeni “Fermer krediti” təklifi

bank-respublikadan-yeni-fermer-krediti-teklifi
Oxunma sayı: 1022

Ölkəmizdə hər zaman sahibkarları dəstəkləyən Bank Respublika, biznes krediti götürən müştərilərin ehtiyaclarını nəzərə alaraq yeni “Fermer krediti” təklif edir.

Artıq kənd təsərrüfatı sahəsində çalışan fermerlər biznes krediti götürərkən ödəniş planını - gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq daha əlverişli şərtlərlə əldə edəcək.

Əgər fermer hər hansı bir mövsümi bizneslə məşğuldursa, o zaman ödəniş qrafiki elə tərtib olunacaq ki, fermer gəlir götürmədiyi dövrdə nisbətən az, gəlir götürdüyü dövrdə nisbətən çox məbləğdə ödəniş edəcək

Məsələn, əgər fermer təsərrüfatla məşğuldursa, məhsul götürüb satış həyata keçirdiyi dövrdə nisbətən çox, əkin işləri ilə məşğul olduğu dövrdə daha az ödəniş etmək imkanı əldə edəcək. Beləliklə fermerler, daha əlverişli qrafik ilə kredit üzrə ödəniş etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Fermer kreditini 12%-dən başlayan faiz dərəcəsi və 9 aylıq güzəşt müddəti ilə əldə etmək mümkün olacaq. Kreditin maksimal məbləği - 20 000 manat, müddəti isə 12 ay təşkil edir.

Mövsümi bizneslə məşğul olursunuzsa, Bank Respublikadan “Fermer krediti” götürün, ödənişlərinizi rahat şəkildə və razılaşdırılmış qrafiklə ödəyin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.