“Bank Respublika”nın Müşahidə Şurasının sədri də xüsusi sertifikat alıb

bank-respublikanin-musahide-surasinin-sedri-de-xususi-sertifikat-alib
Oxunma sayı: 1058

Dünən Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edib.

Tədbirdə Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyasının birgə layihələrinin həyata keçirilməsi üçün işçi qruplarının yaradılmasına qərar verilib.

Tədbirin sonunda Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimova işğaldan azad olunan ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” təqdim edilib.

Qeyd edək ki, Bank Respublika Qarabağ Dirçəliş Fonduna dəstək verən ilk banklardan biri olub və fondun hesabına yardım məqsədilə 200 000 manat məbləğində vəsait köçürüb.

Qarabağımızın dirçəlişinə öz töhfənizi vermək üçün Siz də banka gəlmədən Mobil Şöbə əlavəsindən öz ianələrinizi edə bilərsiniz

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.