Bank Respublikanın seçimləri başa çatıb

bank-respublikanin-secimleri-basa-catib
Oxunma sayı: 888

Bank Respublika və  Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin ölkəmizdə ilk dəfə olaraq fintex-startuplar üçün həyata keçirdiyi Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, münsiflər heyətinin qarşısında təqdimat edən 11 startapdan 5-i daha yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanaraq öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. Bunlar:

PayLink

OnePoint

Fintrack

Dama-Dama

Bankoff

Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.