“Bank sistemində ağır vəziyyət yaranıb” - Millət vəkili

bank-sisteminde-agir-veziyyet-yaranib-
Oxunma sayı: 2297

“Bank sistemində ağır vəziyyət yaranıb. İnsanlar əmanətlərini geri ala bilmir, onlara kredit verilmir”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “2015- ci ilin dövlət büdcəsinin icrası layihəsi haqqında” qanunun müzakirəsi zamanı deyib. O qeyd edib ki, bankların faiz dərəcələri yüksəkdir: “Bank sisteminin sağlamlaşdırılması cənab prezidentin də diqqətindədir. Biz bank sistemini düzəltməsək, Azərbaycan iqtisadiyyatının inkişafından söhbət gedə bilməz.

Əvvəllər Mərkəzi Bankın sədri iclaslarda iştirak edirdi. Biz də pul kredit siyasətini müzakirə edirdik. İndi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrinin iştirakı ilə iclas baş tutur”.

Vahid Əhmədov dövlət büdcəsinin icra layihəsinə də toxunaraq qeyd edib ki, onları həmişə narahat edən məsələ Dövlət Neft Fondundan transfertlərin sayının çox olması ilə bağlı idi: “Amma bu il transfertlərin 20 faiz azalması müsbət haldır. Müəyyən kəsrlə yerinə yetirilsə də, 2016- ci il də bu fiskal göstəricilər davam etdirilməlidir. Təklif edirəm ki, 2016- ci ilin dövlət büdcəsinin icrasında ipoteka və sosial evlərin tikilməsi ön plana çıxarılsın”.

Günel Türksoy