Ankarada partlayış baş verdi

ankarada-partlayis-bas-verdi
Oxunma sayı: 669

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankarada Baş Nazirlik Binasının yaxınlığında yerləşən Ali Məhkəmə binasının avtomobil parkının girişində partlayış olub.

Partlayışda bir nəfərin yaralandığı bildirilir.

Baş Nazirliyin mərkəzi binasına 20 metr məsafədə yerləşən park yerindəki partlayış sabah saatlarında olub. Partlayış elektrik transformatorunun yaxınlığında bir şüşəyə qoyulan partlayıcı ilə törədilib.

Polis nəqliyyatın hərəkətini dayandırıb. İkinci partlayış ehtimalına qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.