“Bankın heç bir əməkdaşı məsuliyyətə cəlb olunmayıb”

bankin-hec-bir-emekdasi-mesuliyyete-celb-olunmayib-
Oxunma sayı: 1650

“Muğanbank” ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən bank məsələ ilə bağlı açıqlama yayıb. Həmin məlumatı olduğu kimi təqdim edirik:

““Muğanbank”-ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilib. Məhkəmə zamanı müəyyən olunub ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılıb. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş edib. Nəticədə “Muğanbank”-ın müraciətinə əsasən bu fakt üzrə - müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal hazırda istintaq mərhələsindədir”.

“Muğanbank” qeyd edir ki, bankın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmayıb.