“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. S. Əliyevin sözlərinə görə, verilən qərar gözlənilən idi: “Qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyırdı. İqtisadi amillər hüquqi qərara təsir göstərdi. Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhalidə indikindən dəfələrlə çox olardı”.
Ekspert qeyd edib ki, bank sektorunun problemi bununla həll olunmayacaq: “Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Hökumətin dəstəyi çox vacibdir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər