Mərkəzi Bankın sədri əhaliyə istehlak kreditlərinin verilməsində müəyyən dərəcədə məhdudlaşdırılmanın tətbiq olunmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, MB sədri qeyd edib ki, bank sektorunun real sektora çevrilməsi dövlətin başlıca siyasətlərindən biridir: “Bizim başqa maliyyə modelimiz yoxdur. Neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət investisiyaları məhdudlaşdırılıb. Xarici investisiyalar post pandemiya dövründə mühüm rol oynamalıdır. İstehlak kreditlərinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atılıb. Əlavə addımlar atmaq niyyətində deyilik. Təbii ki, belə vəzifə qoyulmur ki, istehlak krediti verilməsin. Bankların real iqtisadiyyatı gücləndirmək siyasəti daha önəmli olmalıdır.
Bank istehlak krediti verməklə öz üzərinə bununla risk götürür. Ailənin gəlirləri nəzərə alınmalıdır. Bundan əvvəlki dövrlərdə buna əməl olunmayıb. Bu gün gəlirlərin əhəmiyyətli hissəsi faizlərin və əsas borcun ödənilməsinə getməlidir. Pandemiyadan sonra iqtisadiyyatın baxışları dəyişməlidir. Bank sektoru yeni iş yerlərinin yaradılmasına kömək etməlidir".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər