“Banklararası dollar alışı 80% artıb”

banklararasi-dollar-alisi-80-artib
Oxunma sayı: 3425

“Yanvar ayında banklararası bazarda 187 milyon dollar alışı həyata keçirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 80% çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ötən ilin yanvar ayında 101 milyon dollar alışı həyata keçirilib: “Bu dövrdə 14 bank dollar satışı edib, ümumilikdə bu əməliyyatlarda 19 bank iştirak edib”.

Gülnar Əliyeva