28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil olan məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.
28 fevral 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Son xəbərlər
Son Xəbərlər