Bankların depozit soyğunçuluğuna Vergilər Nazirliyindən- - Reaksiya

banklarin-depozit-soygunculuguna-vergiler-nazirliyinden-
Oxunma sayı: 2781


Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Şahin Məmmədov “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, Milli Məclisin ötən həftə keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təsdiq edilib: ”Həmin dəyişikliklər banklarda və digər kredit təşkilatlarda fiziki şəxslərin əmanətləri üzrə dividentlərin gəlir vergisinə cəlb edilməsi ilə bağlı məsələləri də əhatə edir. Hazırda sözügedən qanunun ölkə başçısı tərəfindən təsdiqlənməsi gözlənilir. 

Qeyd edək ki, ilk dəfə vergi güzəştləri 1999-cu ildən başlayaraq tətbiq edilib və həmin dövrdən etibarən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad edilib. Həmin güzəştin qüvvədə olma müddəti 2014-cü ilin 31 dekabr tarixində başa çatıb”.

Günel Türksoy