Cəbhədə baş verən son hadisələrə ölkədəki kommersiya bankları da reaksiyasız qalmayıblar.
“Qafqazinfo”nun məlumatına görə, “Unibank” KB sosial şəbəkədəki səhifəsində maraqlı və çoxdan gözlənilən arzu ilə çıxış edib: “2 aprel - Qələbəmizin başlanğıc günüdür. Bizə Qələbə sevincini yaşadan qüdrətli ordumuz var olsun! Ən qısa zamanda QƏLƏBƏ GÜNÜmüzü qeyd edək! Tezliklə Unibankın Xankəndidə və Şuşada filialının açılmasını arzulayırıq! Qələbəmiz mübarək olsun!”.

Son xəbərlər
Son Xəbərlər