Bankomatdan pul çıxaran qadını izləyib zor tətbiq etdilər - Foto

bankomatdan-pul-cixaran-qadini-izleyib-zor-tetbiq-etdiler
Oxunma sayı: 1797

Yasamalda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər. 

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.