Bankomatı soyan çinlilərin işi yenidən məhkəmədə

bankomati-soyan-cinlilerin-isi-yeniden-mehkemede
Oxunma sayı: 872


“Qafqazinfo” xəbər verir ki, cinayətkar dəstə xüsusi alətlər, mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər. 

İstintaqla müəyyən edilib ki, 2013-cü ilin yay aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd göstəriblər. 

Saxlanılan şəxslərin qaldığı Nərimanov rayonu ərazisindəki “Ariva” mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, “skimmer” aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar. 

Bakı Ağır cinayətlər məhkəməsi hakim Eynulla Vəliyevin sədrliyi ilə təqsirləndirilən şəxsləri ittiham üzrə təqsirli bilərək hər birini 10 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər.

Prosesin sonu barədə məlumat veriləcək.

Ceyhun