“Bankomatlar qarşısındakı növbələr azalacaq”- - Fond sədri

bankomatlar-qarsisindaki-novbeler-azalacaq-
Oxunma sayı: 1671


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün keçirilən brifinqdə bildirdi.

Sədr çıxış yolunu da təklif edir:

“DSMF-nın hədəfi də ondan ibarətdir ki, əhalini, o cümlədən pensiyaçıları plastik kartdan nağdsız ödəniş aləti kimi Post-terminallardan istifadəyə təşviq etsin. Bu halda bankomatların bu yükünü azalda bilərik”.

Sədrin sözlərinə görə, bankomatların sayının artırılması, bankomatlar qarşısında olan növbələrin həll olunması demək deyil:

“Bankomatların qarşısındakı növbələrin aradan qaldırılmasına təkcə bankomatların sayını artırmaqla nail oluna bilmir, çünki bəzən bankomatların sayının çox olmasına baxmayaraq, bu bankomatlardan yalnız pensiyaların maliyyələşdirildiyi gündə daha çox istifadənin şahidi oluruq.

Digər vaxtlarda isə bankomatlar sanki istifadəsiz qalır. Bundan əlavə bu gün Azərbaycanda 5 milyona yaxın plastik kart var. Plastik kart istifadəçiləri də pensiyaçılar üçün qurulmuş  bankomatlara üz tuturlar. 1 milyon 300 minlik pensiyaçı üzrə bankomat problemini biz 5 milyonluq plastik kart sahibinin müstəvisində nəzərdən keçirməliyik. Bu, bunun tərkib hissəsidir” - deyə, sədr bildirdi.

Elman Mehdiyevin sözlərinə görə, bankomatlar qarşısında növbələrin azaldılması istiqamətində də fond müəyyən işlər görür:

“Ümumi banklardan istifadə zamanı gərginliyin azaldılması üçün beynəlxalq praktikaya daim istinad edirik. Bu praktikada ödənişlərdə çoxfunksiyalı ödəniş tətbiq olunması plastik kartlardan vəsaiti bankomatlardan götürmək aləti kimi deyil, nağdsız ödənişlərdə istifadə etmək aləti kimi yararlanmasını ortaya qoyur. Bu məqsədlə biz müxtəlif layihələrə start vermişik. Biz pensiya plus layihəsini artıq tətbiq edirik”.