“BANM böyük nailiyyətlərə imza atıb”.“Qafqazinfo” xəbər verir ki, bu sözləri BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə deyib:
“BANM əslində qısa müddətdir ki, fəaliyyət göstərir, amma buna baxmayaraq böyük nailiyyətlərə imza atıb. Bunun da ən gözəl nümunələrindən biri odur ki, BANM ən bacarıqlı, qabiliyyətli tələbələri özünə cəlb edə bilib. Təbii ki, bu, həm Ali Məktəbin, həm də SOCAR-ın böyük nailiyyətidir. BP Azərbaycanda 20 ildən coxdur ki, fəaliyyət göstərir. Bu zaman çərçivəsində biz SOCAR-la bərabər, digər partnyorlarla bərabər, Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edirik və bir neçə böyük, iri miqyaslı təhsil layihələrində iştirak etmişik. Bu əməkdaşlığın mərkəzində duran bizim inamımızdır.
2013-cü ilin noyabrında BP şirkəti olaraq BANM-lə anlaşma memorandumu imazalamışıq. Bu memorandumun sayəsində biz BANM-lə konkret əməkdaşlıq edirik. BP-nin yüksək səviyyəli mütəxəssisləri tərəfindən keçən tədris ilində tələblər üçün 15 mühazirə deyilib. Biz 2015-2016-cı tədris ili üçün də belə bir mühazirə proqramı hazırlayırıq. Biz həm də bizim sahə ofislərinə tələbələr üçün səfər təşkil edirik. Ötən il Sənqəçal terminalına və “ATA Yard” sahəsinə səfər təşkil etmişdik. BANM-in üç tələbəsi bu il yay təcrübə proqramına qoşulmuşdular - Fidan Səlim-zadə, İnsafəli Səmədov və Riyad Muradov. Bu tələbələrdən ikisi - Fidan və Riyad bizim şirkətin keçirdiyi “Texno Fest” adlı müsabiqəsində qalib olmuşlar. Fidan Səlim-zadə I yeri, Riyad Muradov isə, III yeri qazanıblar.
Məlumat üçün deyim ki, BP-nin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir”.
Son xəbərlər
Son Xəbərlər