BANM-də anım mərasimi keçirildi

BANM-də anım mərasimi keçirildi
Oxunma sayı: 562

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında, təhsil ocaqlarında, eləcə də BANM-də müvafiq tədbirlər keçirilib.

Rektor faciə haqqında danışaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqın yaddaşına həkk olunduğunu bildirib.

Rektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən də danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi