BANM-də EBSCO-nun növbəti təlimi

banm-de-ebsco-nun-novbeti-telimi
Oxunma sayı: 721

Bakı Ali Neft Məktəbində (BANM) “EBSCO Discovery Service (EDS): Tədqiqatların aparılması və təlim prosesində elmi məlumatın axtarılması xidməti” adlı növbəti təlim keçirilib.

BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, Ali Məktəbin müəllimləri və II-III kurs tələbələri üçün təlimi “EBSCO Information Service” şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və “SaaS Innovation Benelux” şirkətinin almandilli ölkələr və Şərqi Avropa üzrə direktoru Roman Piontek keçiblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov dinamik inkişaf edən dünyada kitabxanaların daim öz fəaliyyətində yeniliklər etməsinin, innovativ fəaliyyət metodlarından istifadə etməsinin vacibliyini bildirib.

EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından söz açan İrina Kreysarova vurğulayıb ki, bu axtarış xidməti dünya üzrə bütün tammətnli müəllif resurslarını birləşdirir.

Təlim çərçivəsində EDS bazasında tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib.