Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkəti tələbələr üçün təlim keçib.
“Qafqazinfo” xəbər verir ki, təlimdən öncə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşinanın başçılığı ilə nümayəndə heyəti və Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı E. Qasımov Masanori Kuriharanın təqdim edəcəyi mühazirənin tələbələr üçün çox faydalı və yaddaqalan olacağına əmin olduğunu deyib.
Masanori Kurihara bu görüşü gələcək əməkdaşlığın ilkin addımı kimi qiymətləndirərək bu əməkdaşlığın sürətlə davam edəcəyinə əminlik ifadə edib.
Sonra qonaqlar tələbələrlə görüşüblər. Öncə İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşina təmsil etdiyi şirkət haqqında qısa təqdimatla çıxış edərək məlumat verib.
Sonra Masanori Kurihara tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər