Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.
Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur. Bu, Ali Məktəb üçün çox qürurverici bir haldır.
BANM məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar. Tam siyahı aşağıdakı kimidir:
1. Sunay Həsənov - Dortmund Texniki Universiteti (Magistratura);
2. Aişə Məhərrəmova - Hamburq Texnologiya Universiteti (Magistratura);
3. Aygül Hüseynova - Hamburq Texnologiya Universiteti (Magistratura);
4. Türkan Əliyeva - Münster Universiteti (Magistratura);
5. Kamal Bağırlı - Kayzerslautern Universiteti (Magistratura);
6. Fərid Həmidov - Aaxen Universiteti (Magistratura).
Son xəbərlər
Son Xəbərlər