BANM-in 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb - Foto

banm-in-7-telebesi-almaniya-hokumetinin-teqaudunu-qazanib
Oxunma sayı: 1675

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.

Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub. Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:

- Fidan Mahmudova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- Ayşən Zülfiyeva - Kimya mühəndisliyi;

- Afaq Həşimova - Kimya mühəndisliyi;

- Tural Abdulov - Kimya mühəndisliyi;

- Anar Bədəlbəyli – Kimya mühəndisliyi.