BANM-in 7 tələbəsi “Azərikimya”da işə başladı

banm-in-7-telebesi-azerikimyada-ise-basladi
Oxunma sayı: 982

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və məzunları “Azərikimya” İstehsalat Birliyində işə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, kimya mühəndisliyi ixtisasının məzunları İkram Rəhimli, Anar Həsənov, Fuad Səfərov, eləcə də eyni ixtisasın V kurs tələbələri Arzu Bayramova, Elnur Rəsulov, Mahmud Əhmədov və Məhəmməd Usubov işə qəbul zamanı imtahan və müsahibə mərhələsini uğurla keçiblər.

İşə qəbul olmaları münasibətilə məzunlarla onlayn görüş keçirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları təbrik edərək, karyeralarında ilk addımı atan gənc mühəndislərə fəaliyyətlərində uğurlar arzulayıb və öz tövsiyələrini verib.

Rektor onların qısa zamanda yüksəkixtisaslı kadr kimi çalışdıqları müəssisənin inkişafına töhfə verəcəklərinə inandığını bildirib.

Məzunlar da öz növbəsində çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşacaqlarını, bilik və təcrübələrini müəssisənin inkişafı üçün sərf edəcəklərini bildiriblər. Onlar yaradılan şərait və dəstək üçün “Azərikimya” İstehsalat Birliyin rəhbərliyinə də təşəkkürlərini bildiriblər.