BANM-in layihəsi qrant müsabiqəsinin qalibi oldu

banm-in-layihesi-qrant-musabiqesinin-qalibi-oldu
Oxunma sayı: 661

Bakı Ali Neft Məktəbinin layihəsi Elmin İnkişafı Fondu tərəfindən elan olunan “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, ali məktəbin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Nərminə Qarayevanın müəllifi olduğu “Birləşmiş Millətlər Təşkilatının Çərçivə Təsnifatının (UNFC) Azərbaycanda karbohidrogen ehtiyyatlarına tətbiqinin dəyərləndirilməsi” layihəsi qrant müsabiqəsi üzrə doqquz qalib layihədən biri seçilib.

Layihənin elmi ideyası Azərbaycanda karbohidrogen ehtiyyatlarına daim qlobal, ümumi prinsiplərə əsasən təsnifat sisteminin tətbiqi və 1984-cü ildən tətbiq olunan mövcud köhnə sistemlə yeni işlənmiş sistemlər arasında müqayisənin aparılmasıdır.

Beş layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, bir layihə kimya elmləri üzrə, bir layihə yer haqqında elmlər üzrə və iki layihə biologiya, tibb və aqrar elmləri üzrə qalib olub. Qalib layihə rəhbərlərindən biri qadındır ki, o da BANM-in dosenti Nərminə Qarayevadır.

Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 300 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.

Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcək.