BANM-in tələbələrinə təhlükəsizlik təlimi keçirilir

banm-in-telebelerine-tehlukesizlik-telimi-kecirilir
Oxunma sayı: 713


“Qafqazinfo”ya daxil olan məlumata görə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində BANM-in I kurs tələbələri üçün təhlükəsizlik təlimi keçirilir. Təlimdə BANM-in 4 qrup üzrə ayrılmış 123 nəfər tələbəsi iştirak edir. Onlar üçün SOCAR TTSİ-nin mütəxəssisləri tərəfindən “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu təşkil olunur.  

Beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlar verilir. BANM-də üç ixtisas üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işlərkən bütün təhlükə anlarına hazır olmasına və onlar tərəfindən dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq.  

Təlimlər iyulun 1-dən 9-dək davam edəcək.