Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu öz işini yekunlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, forumun yeddinci sessiyası Xəzər regionunun neft emalı və neft-kimya sahələrinin icmalına həsr olunub. SOCAR-ın Karbamid Zavodunun direktoru Xəyal Cəfərov “Karbamid zavodunun Azərbaycanda vəzifələri və perspektivləri” mövzusunda, “Azərkimya” İstehsalat Birliyinin Modernizasiya və yenidənqurma şöbəsinin rəisinin müavini Fəzail Yusifov “Azərbaycanın neft-kimya sənayesi-perspektivlər və vəzifələr” mövzusunda, SOCAR-ın Emal layihələrinin idarə edilməsi şöbəsinin böyük mühəndisi Mətin Rəhimov “Azərbaycanın neft emalı və neft-kimya sahələrinin mövcud vəziyyəti və perspektivləri” mövzusunda, “Caspian Barrel” Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şabanov “Xəzər regionunun neft emalı və neft-kimya sənaye sahələrinin təfsilatlı təhlili” mövzusunda, “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev “Metanolun istehsalı texnologiyası” mövzusunda və Emerson LLC şirkətinin Türkiyə və Cənubi Xəzər üzrə baş menecer Burak Gürkan “Göstəricilər üzrə ilk 25%-ın tərkibində necə olmalı. Plantweb rəqəmsal ekosistem” mövzusunda məruzələr təqdim ediblər.
Qeyd edək ki, Forumda 150-dən artıq iştirakçılar - Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan,
Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər