SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən konfransa qatılıb.
“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir: “Azərbaycan üçün xüsusi əhəmiyyətə malik Türkiyənin Qars şəhəri Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli Liderimiz dəfələrlə bu şəhərə səfər edib və Qars Qafqaz Universitetinin Fəxri doktoru adına layiq görülüb”.
BANM rektoru deyib ki, iki qardaş ölkə həm çətin, həm də xoş gündə hər zaman bir-birinin yanında olub. O, Türk dünyasının ortaq layihələri, strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin Türk dünyasına verəcəyi faydadan da geniş söhbət açıb.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu düşmən üzərində qazanılan qələbəni bütün Türk dünyasının birliyi, zəfəri adlandırıb. İki qardaş ölkənin birliyinin əbədi olacağını vurğulayıb. Daha sonra əməkdaşlığa dair təkliflər müzakirə olunub.
Səfər çərçivəsində Elmar Qasımovla Hüsnü Kapu arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Xatırladaq ki, Türkiyədə səfərdə olan nümayəndə heyətinin tərkibində millət vəkilləri, qazilər, tanınmış ictimai xadimlər, media təmsilçiləri iştirak ediblər.





Son xəbərlər
Son Xəbərlər