Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Memorandum imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
“Qafqazinfo” xəbər verir ki, 6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.
Qeyd edək ki, lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.





Son xəbərlər
Son Xəbərlər