Banqkok polisi terrorçunun fotosunu yaydı -

banqkok-polisi-terrorcunun-fotosunu-yaydi-
Oxunma sayı: 678


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tayland Təhlükəsizlik İdarəsinin rəisi Somyot Pumpunmuang sarı geyimli şəxsin partlayışdan əvvəl Erawan məbədindəki təhlükəsizlik kamerasında qeydə alındığnı açıqlayıb. 

Qeydlərdə məbədin içərisində bir müddət  oturduğu görüntülənən şübhəli şəxs, daha sonra çantasını oturduğu bankın altına yerləşdirib, sürətlə bir motosiklet taksiyə minib. 

O, dərhal hadisə yerindən uzaqlaşıb. Həmin şəxsin tutulması ilə bağlı araşdırma aparılır.

“Qafqazinfo”