Banqladeşdə bərə batıb - Ölən və yaralanan var

banqladesde-bere-batib
Oxunma sayı: 770

Banqladeşin Meqna çayında bərə batıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Sonarqaon Polis Bölməsi məlumat yayıb.

Təhlükəsizlik oqranlarının məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə itkin düşüb. Qəza zamanı bərədə 40 sərnişin olub.

Qeyd edək ki, bu son həftə ərzində baş verən ikinci hadisədir. Martın 28-də bərənin batması nəticəsində 14 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.