Banqladeşdə partlayış olub, ölənlər var

banqladesde-partlayis-olub-olenler-var
Oxunma sayı: 690

Banqladeşin cənub-şərqində Çittaqonq rayonunun Sitakunda şəhərindəki anbarda meydana gələn güclü yanğın və ardınca baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb, 450 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, iyunun 4-də axşam saatlarında Banqladeş-Niderland ortaq şirkətinə məxsus konteyner anbarında baş verən bədbəxt hadisə nəticəsində ölənlərdən ikisi yardıma gələn yanğınsöndürəndir. Bundan başqa yaralananlar arasında da yanğınsöndürən və polis işçiləri var. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, təxminən 600 nəfərin çalışdığı anbardakı bəzi konteynerlərdə kimyəvi maddələrin olduğu, yanğının bu səbəbdən baş verdiyi güman edilir. Yanğın partlayışdan sonra daha geniş əraziyə yayılıb. Bu səbəbdən də yanğını nəzarət altına almaq mümkün olmayıb. Partlayışın səsi bir neçə kilometr məsafədə eşidilib. Yanğınla mübarizəyə ətraf şəhərlərdən də briqadalar cəlb olunub.