Banqladeşdə tələbələrin etirazında 105 nəfər öldü

banqladesde-telebelerin-etirazinda-105-nefer-oldu
Oxunma sayı: 2437

Banqladeşdə tələbə etirazçılarla polis arasında qarşıdurmada 105 nəfər həlak olub, 700-dən çox insan isə xəsarət alıb.

“Qafqazinfo” “Hindustan Times”a istinadən xəbər verir ki, Banqladeş rəhbərliyi paytaxt Dəkkə və ölkənin digər şəhərlərinə hərbi birləşmələrin yeridilməsini elan edib. 

Ölkə rəsmilərinin sözlərinə görə, komendant saatının tətbiq edilməsində və hərbi birləşmələrin yeridilməsində məqsəd asayişi bərpa etməyə yardım göstərməkdir. 

Qeyd edək ki, Banqladeşdə etirazlar iyulun əvvəli başlayıb. Ölkənin müxtəlif şəhərlərində özəl və dövlət universitetlərinin yüzlərlə tələbəsi 1971-ci ildə baş verən müstəqillik uğrunda müharibənin iştirakçılarının qohumları üçün işə qəbul kvotalarına qarşı etiraz edir. Onlar bunu diskriminasiya kimi qəbul ediblər. 170 milyon sakini olan Banqladeşdə təqribən 32 milyon gənc işə və yaxud professional təhsilə malik deyil. Tələbələr hesab edir ki, ölkə rəhbərliyi işsizliklə mübarizə üçün kifayət qədər addım atmır və buna görə də, Baş nazirin istefasını tələb edirlər.