İki ildir qurulan “Wool & Oak” şirkəti bazara maraqlı dizaynda çanta təqdim edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaradıcıları olan Con və xanımı Gizəm səyahət zamanı baqaj pulundan xilas olmaq üçün yeni çanta istehsal ediblər. Belə ki, 2 hissədən ibarət olan çantanı bir-birindən ayırdıqda həm bel çantası, həm də çamadan ortaya çıxır.
Həmin çantanı rahat şəkildə belinizdən asaraq hava limanından əlavə yük keçirdə biləcəksiniz.
Sözügedən çantanın fotolarını təqdim edirik.
Ülviyyə


Son xəbərlər
Son Xəbərlər