34 yaşlı israilli model Bar Rafaeli üçüncü dəfə ana olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, biznesmen Adi Ezra ilə ailəli olan modelin oğlu dünyaya gəlib.
Qeyd edək ki, Bar aktyor Lionardo DiKapriodan ayrıldıqdan sonra 2015-ci ildə Adi Ezra ilə ailə qurub. Cütlüyün Liv və El adlı iki qızı da var. Bar müsahibələrinin birində “növbəti on ildə həyatımı ailəmə həsr etməyi düşünürəm” deyib.



Son xəbərlər
Son Xəbərlər