Barama zavodu 500 min manata özəlləşdirildi

barama-zavodu-500-min-manata-ozellesdirildi
Oxunma sayı: 721

Əmlak Məsələləri Dövlət Komitəsi 18 apreldə  dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. 

“Qafqazinfo” xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib.  Qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1- Sabunçu sonuncusu isə Yasamal rayonu ərazisindədir.     
 
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisə Zaqatala və Qax rayonunda yerləşir. Elə hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  Zaqatalada yerləşən Barama Toxuma zavodu olub. Adıçəkilən əmlak 510 min 750 manata özəlləşdirilib. 

Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt,1-i Mingəçevir, 1- isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi 30-133 kv.m arasında dəyişir.